09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
06.01.2017

IX sinif  buraxılış imtahanlarının yeni qaydaları üzrə  Şəkidə maarifləndirmə tədbirləri aparılır

IX siniflərdə builki buraxılış imtahanları forma və məzmun etibarı ilə ilk dəfə keçirildiyindən bu imtahanların keçirilmə qaydası və məzmunu ilə bağlı kifayət qədər sualların olacağı gözlənilir.

Ətraflı
29.12.2016

Şəkidə “Mən fəxr edirəm ki,Azərbaycanlıyam!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar Şəki şəhər 12 nömrəli tam orta məktəbdə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam! " adlı ədəbi-bədii kpompozisiya nümayiş etdirilmişdir

Ətraflı
22.12.2016

Şəkidə Xalq şairi Süleyman Rüstəmin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

Xalq şairi Süleyman Rüstəmin 110 illiyi ilə əlaqədar dekabrın 21-də S.Vurğun adına Folklor evində Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbin kollektivi tərəfindən hazırlanmış "Süleyman Rüstəm işığında" adlı ədəbi-bədii gecə keçirilmişdir.

Ətraflı
20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

Ümummilli lider Heydər Əliyevin xatirəsi Şəki məktəblərində ehtiramla yad edilmişdir

Ümummilli lider Heydər Əliyevin xatrəsi bu günlərdə ölkəmizin hər yerində olduğu kimi,Şəkinin ümumi təhsil məktəblərində də böyük ehtiramla yad edilmişdir

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
07.12.2016

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Ətraflı
05.12.2016

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ətraflı
05.12.2016

Şəkidə 5 yaşlıların məktəbə hazırlığı diqqət mərkəzindədir

5 yaşı 2016 –cı ildə tamam olan uşaqlar üçün respublikamızın digər rayon və şəhərlərində olduğu kimi,Şəkinin ümumtəhsil məktəblərində də 2016-2017-i dərs ilindən etibarən məktəbə hazırlıq qrupları yaradılmışdır.

Ətraflı
02.12.2016

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.

Ətraflı