13.12.2017

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir

           

             Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin xatirəsi Şəkinin çoxsaylı təhsil işçiləri tərəfindən də ehtiramla yad edilmişdir.Ümumtəhsil məktəblərinin kollektivləri Şəhər İcra hakimiyyətinin qarşısında dahi insana ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri qoymuş,məktəblərdə Heydər Əliyevin şərəfli ömür yoluna həsr edilmiş müxtəlif elmi-nəzəri konfranslar,ədəbi -bədii kompozisiyalar,şeir müsabiqələri keçirilmişdir.

             Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə baş tutan "Heydər Əliyev irsini öyrənirik" adlı konfransı giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Ç.İsmayılov açmış,Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.Liseyin tarix müəllimi A.Aşurəliyevanın "Müstəqil Azərbaycan Heydər Əliyein şah əsəridir" mövzusunda məruzəsi dinlənildikdən sonra yuxarı sinif şagirdləri müdrik və uzaqgörən rəhbərin müxtəlif dövrlərdə doğma respublikamızda iqtisadiyyatın,elm və mədəniyyətin,incəsənətin inkişafı üçün gördüyü işləri,ordu quruculuğu və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində yorulmaz fəaliyyətini özündə əks etdirən mövzular üzrə çıxışlar etmişlər.

             Konfransın işində iştirak edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi V.İsgəndərov və şəhər təhsil şöbəsi müdirinin müavini E.Abdullayev öz çıxışlarında bunlarla yanaşı,Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında,müstəqilliyinin möhkəmləndirilməsində  xidmətlərindən də danışmış, gənc nəslin sağlam böyüməsi,savadlı və bilikli olması,vətənpərvər ruhda tərbiyəsinin təşkili üçün Ulu öndərin göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışlar.Lliseyin direktoru,YAP Şəki təşkilatı İdarə Heyətinin üzvü F.Məmmədov isə vaxtilə onun da iştirakçısı olduğu müxtəlif forum və qurultaylarda Heydər Əliyevin dərin məzmunlu nitqlərinin,gənc nəslə tövsiyə və məsləhətlərinin bir şahidi kimi öz xatirələrini bölüşmüşdür.

           Konfransda məktəblilərin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər də səslənmiş,onun həyatından müxtəlif anları əks etdirən videoçarxlar nümayiş olunmuşdur.