01.11.2024

"Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur qaydalar"a dair keçirilən görüşlər yekunlaşıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03 aprel 2024-cü il tarixli F-07 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar”a əsasən görüləcək işlərə dair keçirilən görüşlər yekunlaşıb.

Görüşlərdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Altun Rəcəbli və Sahibə Əliyeva, İdarənin struktur bölmə rəhbərləri və əməkdaşları, eləcədə məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüşlərə video bağlantı vasitəsilə qoşulan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Altun Rəcəbli və Regional Təhsil İdarələri üzrə məsul əlaqələndirici şəxs Sahibə Əliyeva təhsil müəssisələrində baş verən xüsusi hallarda operativ məlumatların çatdırılması, təcili tədbirlərin görülməsi, eləcə də təhsil müəssisələrinin rəhbərlərinin məsuliyyət və vəzifələri haqqında geniş məlumat veriblər.

Tədbirlər qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçılar mövzu ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təhsil sistemində xüsusi hallara hazırlığı artırmaq və keyfiyyəti təmin etmək məqsədi ilə mütəmadi olaraq görüşlər keçirilir.