Noyabrın 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Şəki rayonunda təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektor əməkdaşları, məktəb rəhbərləri, eləcə də bir qrup ibtidai sinif, riyaziyyat, xarici dil və Azərbaycan dili fənn müəllimləri iştirak ediblər.
İdarə müdiri çıxışında Şəki rayonundakı ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə görülən tədbirləri vurğulayıb. Günay Mahmudova aparılan monitorinqlərin nəticələrini təhlil edərək IV və VI sinif şagirdlərinin nailiyyətlərinin ümumən qənaətbəxş olduğunu qeyd edib, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrində bəzi məktəblərdə zəif göstəricilərin olduğunu vurğulayıb. İdarə müdiri cari tədris ili üçün tədrisin keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə və müəllimlərə müvafiq tapşırıqlar verib.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.