05.12.2017

Şəki məktəblərində təmayülləşmə həyata keçirilir

        Ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində təmayülləşmə artıq 2-ci ildir ki, uğurla həyata keçirilir.Keçən dərs ilində Şəkinin 3 məktəbində-şəhər 5,10 və 11 nömrəli tam orta məktəblərin X siniflərində texniki təmayüllü pilot siniflər yaradılmışdısa, təhsil nazirliyinin 5 aprel 2017 ci il tarixli 186 nömrəli əmrinə müvafiq olaraq 2017-2018-ci dərs ilində onların şəbəkəsi daha da genişləndirilmişdir. Belə ki, indi Şəkinin təmayülləşmə tətbiq edilən 24 ümumtəhsil məktəbində X siniflər üzrə 8 təmayül, 28 kombinə olunmuş təmayül siniflər,XI siniflər üzrə isə 3 təmayül sinif fəaliyyət göstərir.800 nəfərdən çox şagirdin təhsilə cəlb olunduğu həmin siniflərdə fənn müəllimləri müvafiq tədris planları və proqramları əsasında təlimin yüksək səviyyədə təşkilinə səy göstərirlər.