Respublika Təhsil Nazirliyinin 2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan olunması haqqında 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyət planına uyğun olaraq Şəki şəhər təhsil şöbəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədir.Valideynlərlə pedaqoji əməkdaşlığın güçləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri, eləcə də ümumi təhsildə baş verən yeniliklər haqda onların məlumatlandırılması məqsədilə dekabrın 20-də Şəki şəhər 5 nömrəli tam orta məktəbdə "Açıq qapı" günü təşkil ediilmişdir.
Məktəbin direktoru,Respublikanın Əməkdar müəllimi Filyar İbrahimova valideynləri və qonaqları səmimi salamlamış,"Açıq qapı günü" nün proqramını onların nəzərinə çatdırmışdır.Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olmuş,məktəblilər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxışlar etmiş,balaca rəssamlar öz bacarıqlarını nümayiş etdirmişlər. Məktəbin sinif otaqları və fənn kabinetləri ilə tanışılıqdan sonra valideynlər müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə əyani müasir təlim texnologiyalarının,İKT-nin tətbiqi ilə keçirilən dərslərdə iştirak etmiş,müəllimlərin və özlərinin şagirdlərə verdiyi sualların cavablarını üdinləmişlər.
Məktəbin akt zalında keçirilən toplantıda iştirakçılara məktəbin əldə etdiyi nailiiyyətlər,eləcə də bu uğurların əldə olunmasında valideynlərlə pedaqoj əməkdaşlığın rolu barədə məktəbin direktoru tərəfindən bir daha geniş məlumatlar verilmişdir.Şəki şəhər təhsil şöbəsi müdirinin müavini E.Abdullayev "Təhsildə keyfiyyət ili" çərçivəsində müddət ərzində həyata keçirilən tədbirlər,rayon məktəblərinin 2016-2017-ci dərs ilinin yekunlarına əsasən çıxarılmış reytinq sıralaması barədə danışmışdır.Təhsil şöbəsi metodiki kabinetinin direktoru F.İbrahimova,təhsil şöbəsinin məsləhətçisi Q.Məmmədov,şəhər 14 nömrəli tam orta məktəbin direktoru İ.Abdullayeva çıxış edərək "Açıq qapı" günü barədə təəssüratlarını söyləmiş,məktəbin pedaqoji kollektivinə yeni-yeni uğurlar diləmişlər.Toplantıda iştirak edən valideynlər isə övladlarının təhsili üçün məktəbdə yaradılmış gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq etmiş,məktəbin pedaqoji kollektivi barədə müsbət rəylər söyləmişlər.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova toplantıda geniş çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından,ümumi təhsildə baş verən yeniliklərdən,eləcə də bütövlükdə Şəkinin pedaqoji kollektivlərinin uğurlarından və qarşıda duran vəzifələrdən danışımış,"Açıq qapı" gününün yüksək səviyyədə təşkilində əməyi olan şəxslərə öz təşəkkürünü bildirmişdir.
Bütün iştirakçılar "Açıq qapı" günündən xoş təəssüratlarla ayrılmışlar.