11.12.2017

"Müəllim sizsiniz" layihəsi üzrə yekun tədbiri keçirilib


                 Respublika Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" ndə Şəki şəhərindən qalib olan layihə üzrə 10 nömrəli tam orta məktəbin akt zalında yekun tədbiri keçirilmişdir.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlamış,layihənin rəhbəri -21 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Seymur Kərimov və layihə köməkçisi -Çələbixan qəsəbə tam orta məktəbinin kimya müəllimi Rəşid Əliyev "Müəllim Sizsiniz" layaihəsinin məqsədi,layihə iştirakçıları olan şagirdlər,onların pedaqoji sahəyə marağının və məlumatlılıq səviyyəsinin artırılması üçün keçirilən seminarlar, hazırladıqları dərs layihələri ilə rayonun müxtəlif məktəblərindən 60 nəfər şagirdin qatıldığı yarışma barədə məlumat vermişlər.

                 Təqdim olunmuş dərs layihələrindən görüntülər tədbirdə videoçarxlarla nümayiş etdirilmişdir.Layihədə fəal iştirak edən şagirdlər,onların valideynləri,məktəb rəhbərləri tədbirdə çıxış edərək yarışma barədə öz təəssüratlarını bölüşmüşlər.TİAHİ Şəki rayon komitəsinin sədri Z.Xasıyeva və Şəki şəhər təhsil şöbəsi müdirinin müavini E.Abdullayev isə öz çıxışlarında ölkəmizdə təhsilə və gənc nəsin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından,keçirilən bu cür masabiqə və yarışmaların əhəmiyyətindən söz açmış,layihə müəllifləri olan müəllimləri və bu layihə üzrə yarış qalibləri olmuş şagirdləri təbrik etmiş,onlara yeni-yeni uğurlar arzulamışlar.

                 Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdlərinin ifasında Dövlət Bayrağı ilə bağlı kompozisiya nümayiş etdirilmiş,"Müəllim Sizsiniz" layihəsində fəal iştirak etmiş və qalib gəlmiş şagirdlərə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunmuşdur.