Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 №-li əmri ilə elan olunmuş “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan məsələləri əhatə edən Təhsil nazirliyinin Fəaliyyət planına uyğun olaraq Şəkinin ümumtəhsil məktəblərində qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilir.Bu baxımdan həm ənənəvi, həm də müasir təlim metodlarının,eləcə də İKT-nin geniş tətbiqi ilə silsilə açıq-nümunəvi dərslərin təşkili diqqət mərkəzindədir.Tədris ilinin 1-ci yarısında artıq demək olar ki,bütün fənlər üzrə ardıcıl olaraq öz məzmunu və rəngarəngliyi ilə fərqlənən onlarla belə dərs keçilmişdir.Bu dərslərdə yalnız məktəbin özünün deyil,həm də yaxın əraizdəki məktəblərin müəllimləri və təhsil şöbəsinin nümayəndələri də müntəzəm iştirak etmiş,dinlənilən dərslərin müzakirəsi zamanı öz rəy və təkliflərini bildirmişlər.
Belə qarşılıqlı dərsdinləmələrin müntəzəm davam etdirilməsi nəzərdə tutulmuşdur.