“Sabahın alimləri” Respublika Müsabiqəsi

“Sabahın alimləri” Respublika Müsabiqəsi Azərbaycan Respublikasının təhsil nazirinin 12.10.2011-ci il tarixli əmrinə əsasən hər il keçirilir.

Müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edir.

“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar.

Müsabiqənin kateqoriyaları:

- Riyaziyyat

- Fizika, astronomiya

- Kimya

- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)

- Tibb və sağlamlıq

- Ekologiya, ətraf mühitin idarə olunması

- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)

- Kompüter elmləri.

“Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar.