I sinfə şagird qəbulu davam edir

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 09:00-dan etibarən yenidən akivləşdirilib.

Qeyd edək ki, www.mektebeqebul.edu.az elektron portalı bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Qeyd edək ki, vətəndaşlara kömək məqsədilə Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən həm əyani, həm onlayn fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzləri yaradılıb


Açar sözlər: ,  ,