Şagirdlərin milli-mənəvi dəyərlərə malik vətənpərvər ruhda yetişməsinə yardımçı olmaq, dövlətçilik tarixində mühim əhəmiyyət daşıyan şanlı ordumuzun zəfər yolunu əbədiləşdirmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, həmçinin istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq məqsədi ilə “Şəki-Zaqatala Regional Təhsil İdarəsi haqqında Əsasnamə”nin 3.1.12-ci bəndini rəhbər tutaraq
Əmr edirəm:
1.2023-2024-cü tədris ilindən etibarən İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında hər il oktyabr-noyabr aylarında “Zəfər” elm olimpiadası keçirilsin.
2.Olimpiadanın təşkili və keçirilməsinə dair Təlimat təsdiq edilsin (əlavə olunur).
3.Olimpiadanın şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək üçün Regional təhsil idarəsində yaradılmış təşkilat komitələrinin tərkibi təsdiq edilsin:
4.Olimpiadanın 2(iki) mərhələdən ibarət olmaqla onlayn qaydada keçirilməsi təmin edilsin.
5.Yerli təhsil sektorları olimpiadanın I mərhələsinin onlayn qaydada təşkili üçün lazımi şəraitin yaradılmasını təmin etsinlər.
6.II mərhələnin təşkili Tədrisin keyfiyyəti sektoruna (Bəhruz Nəbili) tapşırılsın.
7.Maliyyə-iqtisadiyyat sektoru (Araz Babayev) bu əmrinicrasından irəli gələn maliyyəməsələlərini həll etsin.
8.İnzibati təşkilat sektoruna (Alqış Həsrətov) tapşırılsın.
9. Əmrin və təlimatın İdarənin rəsmi internet saytında yerləşdirilməsini və olimpiada ilə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması (Mahal Məmmədov) tapşırılsın.
10. Bu əmrin əlavəsi ilə birlikdə surətini göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
11.Əmrin icrasına nəzarət müdir müavini Günay Mahmudovaya həvalə olunsun.
Əsas: Şəki-Zaqatala Regional Təhsil İdarəsi haqqında Əsasnamə”nin 3.1.12-ci bəndi.
Bəhruz Mehdiyev,
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri
02 oktyabr 2023-ci il
3-29-42/3-2-66F/-202