14.04.2023

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

15 aprel 2023-ci il tarixdə saat 11:00-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

İmtahan Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahanda iştirak edəcək namizədin imtahan keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Həmçinin namizədlər imtahan mərkəzinə saat 09:15-dan gec olmayaraq yaxınlaşmalıdır.

Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək.