28.03.2023

İşə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat müdiri, laborant, kitabxanaçı, kargüzar, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələri üzrə qeydiyyatdan keçmiş şəxslər 29-31 mart saat 15:00-dək yerli rayon təhsil sektoruna yaxınlaşaraq imtahana buraxılış vərəqəsini götürə bilərlər.

Həmçinin bildiririk ki, buraxılış vərəqəsini götürməyə gələn hər bir namizəd şəxsiyyəti təsdiq edən sənədi, o cümlədən, müvafiq tələblər qoyulan vəzifələr üzrə diplom və əmək kitabçasının surəti üzərində olmağı mütləqdir.

Qeyd edək ki, test imtahanı 50 sualdan ibarət olmaqla 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim ediləcək.


Açar sözlər: