18.11.2022

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

20 noyabr 2022-ci il tarixdə saat 10:00-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

İmtahan Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahanda iştirak edəcək namizədin imtahan keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan ən azı 30 dəqiqə əvvəl yaxınlaşmalıdır.

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt veriləcək.

Qeyd edək ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.