16.11.2022

Direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

17 noyabr 2022-ci il tarixdə saat 10:00-da Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üçün test imtahanı keçiriləcək.

İmtahan Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Həmçinin namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.

Qeyd edək ki, test imtahanında namizədlərə pedaqogika və metodika, əmək qanunvericiliyi, təhsil qanunvericiliyi və riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Sualların 50%-ni düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılacaqlar.