14.09.2022

Korreksiyaedici pedaqoq vəzifəsinə qəbul elan edir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi "Azərbaycanda inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi’’ layihəsi çərçivəsində 2022-2023-cü il tədris ilində Şəki şəhər 12 nömrəli tam orta məktəbdə təşkil ediləcək İnklüziv sinifdə Korreksiyaedici pedaqoq (İnklüziv təhsil üzrə məsləhətçi) vəzifəsinə qəbul elan edir.

İşçiyə verilən tələblər:

-İxtisas üzrə ali təhsil;

-Vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;

İnklüziv təhsil sahəsində biliklərinin olması;

-Emosional davamlılıq

Müraciət etmək istəyən namizədlər CV formalarını 17.09.2022-ci il tarixədək info@shaki.edu.gov.az e-poçt ünvanına göndərə bilər. CV göndərərkən Mövzu yerinə “Korreksiyaedici pedaqoq” yazmaq tövsiyə olunur.

Qeyd edək ki, CV formalarını son tarixədək təqdim etmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Əlaqə tel: (050) 768-54-94