28.06.2018

Valideynlərin və IV sinfi bitirən şagirdlərin nəzərinə!

Şəki şəhər 19 nömrəli tam orta məktəbin nəzdində yaradılmış istedadlar sinfinə qəbul başlanıb. Şəki rayonu ümumtəhsil məktəblərində IV sinfi bitirən şagirdlərin valideynləri övladının İstedadlar sinfində təhsilini davam etdirməsi üçün ərizə ilə müraciət edə bilərlər. İstedadlar sinfinə qəbul imtahan vasitəsilə həyata keçirilir.

Ərizə qəbulu 01 iyul 2018-ci il tarixdən 31 avqust 2018-ci il tarixdək davam edəcəkdir.

Ərizələr Şəki Şəhər Təhsil Şöbəsində yaradılmış komissiya və Şəki şəhər 19 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən qəbul edilir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Şəki Şəhər 19 nömrəli tam orta məktəbin nəzdində yaradılmış İstedadlar sinfini bitirən şagirdlərin hər biri yüksək bal toplayaraq respublikanın nüfuzlu ali məktəblərinə qəbul olublar.

Əlaqə telefonları:  

(024)-24-5-21-84,  055-919-83-55 (Anar m.)

(024)-24-4-22-66,  070-242-42-72 (Ulduz m.)