Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun 19.10.2015-ci il tarixli,1010 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət planının 7-ci bəndinə uyğun olaraq 28 May-Respublika Günü ərəfəsində Şəki şəhər 12 №li tam orta məktəbin binasında Şəkiinin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arsında “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” adlı intellektual bilik yarışı keçirilmişdir. 3 mərhələdən ibarət olan yarışa hər birində 4 nəfər olmaqla 36 məktəbin komandası qatılmışdır. Yarışın Əsasnaməsinə uyğun olaraq daha yüksək nəticə əldə etmiş 10 komanda - Şəki şəhər 1, 11,18, 20 №-li, Kiçik Dəhnə 2 №-li,Orta Zəyzid 1№-li, Oxud , Qoxmuq , Köndələn kənd tam orta məktəblərin və şəhər fizika-riyaziyyat və humanitar təmayüllü Liseyin komandaları ikinci tura vəsiqə qazanmış, ikinci mərhələnin nəticələrinə görə isə şəhər 1, 18 və 20 №-li,eləcə də Orta Zəyzid kənd 1№-li tam orta məktəblərin komandaları finala çıxmışlar.
May ayının 27-də intellektual bilik yarışının maraqlı və gərgin mübarizə şəraitində keçən final turu baş tutmuşdur.B.Vahabzadə adına 1№ li tam orta məktəbin komandası oyunda daha çox əzmkarlıq nümayiş etdirmiş.bilik və intellektual səviyyələri ilə digər komandaları geridə qoyaraq yarışda ən yüksək I yeri tutmuşlar.Şəhər 20 №li tam orta məktəbin şagirdləri II,Orta Zəyzid kənd 1№li və şəhər 18 № li tam orta məktəblərin komandaları isə münsiflər heyəti tərəfindən III yerə layiq görülmüşdür.
Elə həmin gün Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.Təhsil Şöbəsininm müdiri S.İsmayılova,TİAHİ Şəki Şəhər komitəsinin sədri Z.Xasıyeva,şəhər Gənclər və İdman idarəsinin baş məsləhətçisi S.Bağırova və başqaları çıxış edərək yarış qaliblərini təbrik etmiş,bu cür intellektual oyunların keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.Yarış qaliblərinə kubok,medallar,Diplomlar,Fəxri Fərmanlar və hədiyyələr təqdim edilmişdir.