Şəkinin ümumtəhsil məktəblərində 28 May-Respublika günü bir sıra rəngarəng tədbirlərlə qeyd edilmişdir.Bu cür tədbirlərdən biri də mayın 25-də Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə keçirilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin qabaqcıl müəllimlərindən olan Xatirə Nəbiyevanın rəhbəri olduğu I s sinif şagirdləri iştirakçılar qarşısında maraqlı ədəbi-bədii və musiqili kompozisiya ilə çıxış etmişlər,Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixinə və mövcud olduğu qısa zaman kəsiyində gördüyü işlərə dair videoçarx nümayiş etdirilmişdir.Azərbaycan dövlət müstəqilliyini 2-ci dəfə əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün yorulmaz fəaliyyəti,həyata keçirdiyi əzəmətli işlər barədə geniş söhbət açılmışdır.Məktəbin rəhbərliyi,valideynlər və şəhər təhsil şöbəsinin nümayəndələri çıxış edərək məktəbliləri əlamətdar bayram münasibətilə təbrik etmiş,onlara xoş arzularını çatdırmışlar.