26.05.2016

Şəkidə vətənpərvərlik mövzusunda müsabiqələr keçirilmişdir

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Respublika Təhsil Nazirliyinin  19.10.2016-cı il tarixli 1010 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət planının 3.16-cı bəndinə uyğun olaraq dərs ili ərzində Şəki məktəbliləri arasında vətənpərvərlik mövzusunda mahnı,şeir və rəsm müsabiqələri keçirilmişdir.İxtisaslı münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmiş və onlar Şəki Şəhər Təhsil Şöbəsinin,eləcə də şəhər Gənclər və İdman İdarəsinin  Diplomları,Fəxri Fərmanları və müxtəlif hədiyyələri ilə təltif edilmşlər.

         Şeir müsabiqəsində I yer tutmuş şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin V sinif şagirdi S. Əsgərova şəhər təhsil şöbəsinin akt zalında keçirilən mükafatların təqdim edilməsi mərasimi iştirakçıları qarşısında bir daha ona uğur gətirmiş "Azərbaycan oğluyam" ( B.Vahabzadə) şeirini ifa etmişdir. Sonda isə mahnı nominasiyası üzrə 1-ci yeri tutmuş məktəblilərin -şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri S.Həmidlinin və Ə.Talıbovanın ifasında  iştirakçıların da hamılıqla qoşulduğu Ş.Əlizamanlının "Cənab leytenant" mahnısı səslənmişdir.

 

 

 


Açar sözlər: