2015-ci ilin dekabr ayından başlayaraq Respublika Təhsil Nazirliyinin tövsiyəsinə əsasən Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən yerlərdə vətəndaşların səyyar qəbulu keçirilir.Mayın 7-də Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən daha bir səyyar qəbul keçirilmişdir.Bideyiz,Baş Küngüt,Oraban kənd tam orta və Baş Kəldək kənd ümumi orta məktəblərini əhatə edən bu dəfəki qəbul Bideyiz kənd tam orta məktəbinin binasında baş tutmuşdur.Təhsil Şöbəsinin müdiri S.İsmayılova tərəfindən şura üzvləri E.Abdullayevin və B.Qüvvətovun iştirakı ilə vətəndaşların təhsil məsələləri ilə bağlı müraciətləri dinlənilmiş və bir sıra məsələlərə yerindəcə aydınlıq gətirmişdir.Bəziləri isə baxılıb həll edilmək üçün qeydiyyata götürülmüşdür.TİAHİ Şəki Şəhər Komitəsinin sədri Z.Xasıyeva da iştirakçılar qarşısında çıxış etmiş,məktəblərdə həmkarlar təşkilatının fəaliyyətini yaxşılaşdırmaq üçün görülən işlərdən danışmışdır.
Səyyar qəbulların dərs ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.