Şəki rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03 aprel 2024-cü il tarixli F-07 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar”a əsasən görüləcək işlərə dair geniş tərkibdə görüş təşkil edilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, həmin sektorun məsləhətçisi Vəli Əmirli, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev və məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşə video bağlantı vasitəsilə qoşulan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Altun Rəcəbli və Regional Təhsil İdarələri üzrə məsul əlaqələndirici şəxs Sahibə Əliyeva təhsil müəssisələrində baş verən xüsusi hallarda operativ məlumatların çatdırılması, təcili tədbirlərin görülməsi, eləcə də təhsil müəssisələrinin rəhbərlərinin məsuliyyət və vəzifələri haqqında geniş məlumat veriblər.
Görüş, qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçılar mövzu ilə bağlı sual və təkliflərini səsləndiriblər.