Balakən rayon Nizami adına şəhər 1 nömrəli tam orta məktəbdə humanitar təmayüllü sinfin açılış mərasimi keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanov, rayon təhsil sektorunun müdiri Mehparə Mirzəyeva, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun anası İntizar Novruzova və digər qonaqlar iştirak edib.
Açılış mərasimindən sonra qonaqlar sinfin ilk dərsində- "Yaşıl dünya naminə həmrəylik" mövzusunda açıq dərsdə iştirak ediblər.
Sonda qonaqlar şagirdlərə öz tövsiyələrini verib, yeni tədris ilində uğurlar arzulayıb.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Balakən Rayon Polis Şöbəsinin qarşılıqlı əməkdaşlığı ilə təsis olunan sinifdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul üçün hazırlaşan şagirdlər təhsil alacaq.