19 oktyabrda keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün oktyabrın 18-də simulyasiya keçirilib.
Simulyativ test respublikanın müxtəlif şəhər və rayonları üzrə ümumilikdə 28 mərkəzdə təşkil edilib.
Simulyasiya zamanı namizədlər diaqnostik qiymətləndirmə prosesinə uyğun olaraq sistemə giriş edib təqdim olunan nümunə suallarla tanış olub və cavablandırıblar.
Bildiririk ki, bu günə qədər ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.