17.10.2024

Qax rayonunda “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində 17 oktyabr 2024-cü il tarixdə Qax Dövlət Kukla Teatrında məktəblilər üçün dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xeyir və Şər" əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.

Tamaşa iki seansda nümayiş etdirilib və gün ərzində Qax rayonunun ümumi təhsil müəssisələrindən 14-17 yaş arası 400-dən çox şagird tamaşanı izləmək imkanı qazanıb.

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclər arasında bədii və estetik zövqün formalaşmasını təmin etmək, onların incəsənətə,teatra marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.