18.10.2024

“Zəfər yolu” adlı intellektual oyunun rayon mərhələsi keçirilib

Oktyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz rayonu üzrə təhsil sektoru, Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseydə 8 Noyabr - “Zəfər Günü”nə həsr olunmuş “Zəfər yolu” adlı intellektual oyunun rayon mərhələsi keçirilib.

Yarışda rayon üzrə doqquz ümumi təhsil müəssisəsindən komandalar iştirak edib. Oyun iki mərhələdə 24 sualdan ibarət olmaqla təşkil olunub.

Nəticələrə əsasən, I yeri Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin “Xudafərin” komandası, II yeri Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseyin “Xocalı” komandası, III yeri isə Elman Hüseynov adına Ərmənət kənd tam orta məktəbin “Cəbrayıl” komandası tutub.

Qalib komandalar Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin "Xudafərin" komandası noyabrın 6-da Mingəçevir şəhərində keçiriləcək final mərhələsində Mingəçevir, Yevlax, Ağdaş və Göyçay komandaları ilə yarışacaq.