Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilir.
Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə 2 gün ərzində davam edəcək diaqnostik qiymətləndirmədə ümumillikdə 920 nəfər tərbiyəçi-müəllim və tərbiyəçi-metodistlər iştirak edəcəyi gözlənilir.
Bildiririk ki, bu günə qədər ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.