Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin növbəti test mərhələsi başa çatıb.
İki gün ərzində təşkil olunan test mərhələsinə şimal -qərb bölgəsi üzrə ümumilikdə 920 tərbiyəçi-müəllim və metodist cəlb olunub.
Qeyd edək ki, ilk dəfə keçirilən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin əsas məqsədi onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.