Oktyabrın 21-dən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi olan müsahibə mərhələsinə start verilib.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Qeyd edək ki, müsahibə Şəki-Zaqatala Regional Təhsil İdarəsində (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva 86) müvafiq komisiya tərəfindən aparılır.