Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 3 ümumi təhsil müəssisəsində (Şəki 7 nömrəli tam orta məktəb, Şəki şəhər 12 nömrəli tam orta məktəb və Qəbələ rayon 3 nömrəli tam orta məktəb) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda bu təhsil müəssisələrində 14 sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına şərait yaradır. Bu layihə, həmin uşaqların cəmiyyətə daha asan inteqrasiyasını təmin etmək və onların təhsildə bərabər iştirakını dəstəkləmək məqsədinə xidmət edir.