23.10.2024

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

2024-cü il oktyabrın 21-dən etibarən başlayan, şagird sayı 151-500-ə dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb.

Qeyd edək ki, test imtahanında müvəffəqiyyət qazanmış 82 namizəd müsahibə mərhələsinə dəvət olunub. Bu mərhələdə namizədlərə müvafiq vəzifə üzrə nəzəri biliklər, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətlərlə bağlı suallar təqdim olunub.

Müsahibə nəticələri barədə məlumatlar yaxın günlərdə namizədlərə təqdim olunacaq.