24.10.2024

Müdir müavini Qəbələ rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 24-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili Qəbələ rayonunda vətəndaşları qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

Müdir müavini qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmə əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd edək ki, idarənin inzibati binasında məsul əməkdaşlar tərəfindən həftə içi hər gün vətəndaş qəbulu 15:00-dan 18:00-dək, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri tərəfindən isə hər həftənin çərşənbə günü 15:00-dan 18:00-dək keçirilir.