Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində "Məktəblər üçün Pisa" tədqiqatına start verilib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqların real həyatda tətbiq olunma qabiliyyətlərini müəyyən etməkdir.
Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri həyata keçirmək imkanı yaradır.
Qeyd edək ki, imtahan mərhələsi 4 noyabr tarixinə kimi davam edəcək.