28.10.2024

“Nə?, Harada?, Nə zaman?” İntellektual oyununun Respublika Kuboku keçirilib

Oktyabrın 27-də Bakı şəhərində “Nə?, Harada?, Nə zaman?” İntellektual oyununun Respublika Kuboku keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil Oyunları Platformasının birgə təşkil etdiyi 34 komandanın qatıldığı intellektual bilik yarışının nəticəsinə əsasən, Qax şəhər E. Babayev adına 4 nömrəli tam orta məktəbin X-XI sinif şagirdlərindən ibarət “Tesla” komandası və Şəki şəhər kimya-biologiya təmayüllü Respublika liseyinin VI-IX sinif şagirdlərindən ibarət “Kvebek” komandası yüksək nəticə göstərərək hər ikisi III yerə layiq görülüb.

Qeyd edək ki, bilik yarışda Bakı, Sumqayıt, Gəncə, Qax, Şəki, Füzuli, Ağdam, Cəbrayıl, Quba, Lənkaran, Astara, Goranboy komandaları iştirak edib.