Qax şəhəri V.Əliyev adına 3 nömrəli tam orta məktəbin akt zalında Elm və Təhsil Nazirliyi, Kapital Bank və "Təhsil Oyunları" Platformasının birgə təşkilatçılığı ilə "Nə?, Harada?, Nə zaman?" intellektual oyunu üzrə Qax rayon məktəbliləri arasında açıq Kubok yarışması baş tutub.
Yarışmada 20 məktəb komandası iştirak edib. Nəticələrə əsasən, I yerə Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta məktəbin “Tesla” komandası, II yerə N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin “Hilal” komandası, III yerə isə “Turan” komandası layiq görülüb.
Qalib komanda payızda keçiriləcək Respublika çempionatına vəsiqə qazanıb.