Balakən rayon Şərif 1 nömrəli tam orta məktəbdə məktəbin şəhid məzunu Nəcməddin Sarkayevin anadan olmasının ildönümünə həsr olunmuş "Xalqın qəlbində əbədi yaşayanlar" adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir çərçivəsində məktəbin şəhid məzunlarınının xatirəsinə həsr olunmuş şəhid məlumat lövhəsi kompleksinin açılışı həyata keçirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqlardan, şanlı qələbəmizin tarixi əhəmiyyətindən bəhs ediblər.
Çıxış edənlər həmçinin şəhid Nəcməddin Sarkayevlə, eləcə də digər şəhidlərimizlə bağlı öz xatirələrini bölüşüblər.
Tədbir şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda şəhid ailələri şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.