Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan fənn müəllimlərinə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində görüş keçirilib.
Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 800-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edib.
Qeyd edək ki, görüşlərin əsas məqsədi təhsilverənləri təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirilmələrdə nəzərə alınmış əsas məqamlar ilə bağlı qarşılıqlı müzakirələr aparmaqdan ibarətdir.