İyunun 5-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və İqtisadi-Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat Müsabiqəsinin milli turunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Belə ki, ümumi təhsil məktəbliləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq, iqtisadi təhsili təşviq etmək məqsədi daşıyan beynəlxalq bilik yarışının milli turunda respublika üzrə ən yaxşı nəticə göstərmiş 10 şagirddən 5-i şimal-qərb regionunun məktəblisidir.
Qeyd edək ki, ölkə üzrə 321 məktəbdən 1637 nəfər orta məktəb şagirdi 2024 İqtisadiyyat Müsabiqəsində azərbaycan, rus və ingilis dillərində öz biliklərini sınayıblar.