Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsi üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.