10.06.2024

Şimal-qərb bölgəsində buraxılış siniflərini 13806 şagird bitirir

2023-2024-cü tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 7154 nəfər, IX siniflərini 7990 nəfər, XI siniflərini 5816 nəfər şagird bitirir.

Cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 89111 şagird təhsil alır.

İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 13542 müəllim fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində şimal-qərb region üzrə 368 ümumi təhsil məktəbində fəaliyyət göstərən 366 məktəbəhazırlıq qrupuna 5697 uşaq cəlb olunub.

Qeyd edək ki, Şəki– Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 368 ümumtəhsil müəssisəsi, 205 məktəbəqədər təhsil müəssisəsi, 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.