18.04.2024

 Təhsil müəssisələrində təhsilalanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsilalanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.

"Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Səhiyyə Sistemi” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar sağlamlığın möhkəmləndirməsi və qorunması, sağlam həyat tərzinin formalaşması, xəstəliklərin baş verməsi və yayılmasının qarşısının alınması, onların erkən aşkar olunması, inkişaf səbəbinin və şəraitinin müəyyən edilməsi, həmçinin insan sağlamlığına mühit şəraitinin zərərli amillərinin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlər keçirilib, müvafiq sorğular aparılıb və profilaktik müayinələr həyata keçirilib.

Qeyd edək ki, uşaq və yeniyetmələrin sağlamlıq vəziyyətinin monitorinqi, tibbi müayinələrin dövrülüyü, profilaktik və sağlamlaşdırıcı tədbirlər müvafiq sanitariya norma və qaydalar üzrə həyata keçirilir.