Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həmin müəssisələrin işçi heyəti ilə maarifləndirici seminarlar keçirilib.
“Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Səhiyyə Sistemi” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar keçirilən görüşlərdə bu mövzunun zəruriliyi və mahiyyətindən bəhs edilərək bildirilib ki, uşaqların sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan təhsil müəssisələrinin üzərində uşaqların sağlam, ölkəmizə layiqli vətəndaş kimi yetişdirmək, cəmiyyətdə sağlam mövqe tutmasını təmin etmək kimi böyük bir missiya dayanır.
Bununla yanaşı, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslər hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.