16.02.2024

Təhsil müəssisələrində sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə təhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sağlam qidalanmanın təşviqi və təbliği məqsədilə təhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilib.

 

“Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Səhiyyə Sistemi” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar məktəblilər arasında sağlam qidalanmanın təşviqini nəzərdə tutan silsilə təlimlər və müsabiqələr təşkil edilib.

 

Təlimdə mövzuya aid geniş təqdimat nümayiş etdirilib, istehlakçıların qida məhsulu seçərkən etiket məlumatlarında nəzər yetirməli olduqları əsas məqamlar diqqətə çatdırılıb. Eyni zamanda qidalar, o cümlədən ət və ət məhsulları, balıq məhsulları, yumurta, süd və süd məhsulları, quru meyvələr, həmçinin enerji içkilərinin alınması, saxlanması və istehlakı zamanı vacib olan digər məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, sağlam qidalanma vərdişlərini aşılamaq məqsədilə təhsil müəssisələrinin təhsilalanları arasında eyni zamanda müxtəlif müsabiqələr keçirilib.