15.05.2024

Məktəblərdə reproduktiv sağlamlığa dair maarifləndirici tədbirlər keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib.

Məqsəd “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” və “Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Səhiyyə Sistemi” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planı” üzrə irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir. Maarifləndirmə işləri yenidən təkmilləşdirilmiş “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılıb.

Qeyd edək ki, şimal-qərb zonasının ümumi təhsil müəssisəsində VIII-IX sinif şagirdinə metodiki vəsaitə əsasən sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və mütəxəssislər tərəfindən aparılıb. Eyni zamanda mövzuya həsr edilmiş valideynlərlə də iclası təşkil olunub.