Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbdə məktəbin məzunu olmuş, Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebedova həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebedov, Balakən Rayonu üzrə Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, ATİAHİ-nin rayon Komitəsinin sədri Ramazan Mololov, aparıcı məsləhətçi Sevinc İbadova, məktəb direktoru Elçin Musayev, müəllim və şagirdlər, Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebedovun ailəsi, təqaüddə olan müəllimləri, sinif yoldaşları və digər qonaqlar iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.
Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebedov çıxış edərək məktəb və müəllimləri ilə bağlı öz xatirələrini bölüşüb, müəllimlərinə minnətdarlığını ifadə edib.
Çıxışlarda Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı şanlı qələbədən, qəhrəmanlarımızın yazdığı tarixdən bəhs edilib.
Tədbir şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Qebedova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, 2 fevraı 2024-cü iı tarixli Sərəncamla isə o, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.