Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilir.
Qeyd edək ki, IX-XI sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi müasir əmək bazarının tələbləri barədə gəncləri məlumatlandırmaq, düzgün ixtisas seçimində abituriyentlərə dəstək verməkdir.