Balakən Rayonu üzrə Təhsil Sektoru tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Tarixin izi ilə" adlı tədbir keçirilib.
Qafqazın ən hündür minarəli məscidi olan, XIX əsrə aid Balakən rayon Minarəli məscidində baş tutan tədbirdə Balakən Rayon İcra Hakimiyyəti, rayon təhsil sektorunun əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şagirdlər iştirak edib.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, tarixçi alim, Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Akif Məmmədli tərəfindən tarixi abidələrin təsnifatı, tarixi ilə bağlı, habelə rayonun ölkə və yerli əhəmiyyətli abidələri haqqında ətraflı məlumat verilib.
Daha sonra Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, aparıcı məsləhətçi Sevinc İbadova, Tarix-diyarşünaslıq muzeyinin direktoru Turan Musayev, tarixçi alim Akif Məmmədli və bir qrup tarix müəlliminin iştirakı ilə rayondakı tarixi abidələrə ekskursiya təşkil edilib.