02.04.2024

Qaxda vətəndaşların təhsil sahəsində işlə təmin olunma, dərs yükü və digər məsələlərlə bağlı müraciətləri dinlənilib

Aprelin 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qax şəhərində bu rayonun qeydiyyatında olan sakinləri qəbul edib. Qəbul zamanı 24 vətəndaşın müraciət, şikayət və təklifləri dinlənilib.

Müraciətlər əsasən işlə təmin olunma, dərs yükü və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Səyyar qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.