Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Keçirilən görüşdə korrupsiyaya hallarının qarşısının alınması, tədrisin keyfiyyəti, məktəb sənədləri, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasından, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.