02.04.2024

20 şagirdimiz “Əlaçı” televiziya layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 20 şagird “Əlaçı” televiziya layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

Televiziya layihəsinin seçim turunda bölgə üzrə ümumilikdə 200-dək şagird iştirak edib. Seçim turunun nəticələrinə əsasən, televiziya layihəsinin final mərhələsinə Şəki rayonu üzrə 6, Qax rayonu üzrə 5, Qəbələ rayonu üzrə 3, Balakən, Zaqatala və Oğuz rayonlarının hər biri üzrə isə 2 şagird vəsiqə qazanıb.

Şagirdlərimizi təbrik edirik və növbəti yarışlarda uğurlar arzulayırıq!